Əli Hüseynli: “Hazırda məhkəmələrdə Prezidentin imzaladığı qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”

Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 23 Fevral 2018, 12:49

 “Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.

 

İnterAz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Komitə sədri qanunun tətbiqi ilə bağlı statistikanı açıqlayıb: “Həmin müddətdən məhkəmələrə 4000-dən min artıq təqdimat göndərilib, bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”.

 

O bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: “Bu qanunun Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.