Azərbaycanda yeni medal təsis edilib

"Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis edilib

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 23 Fevral 2018, 13:46

"Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis olunub.

 

İnterAz xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzairəyə çıxarılıb.

 

Dəyişikliyə əsasən, "Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis edilib.

 

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.