Prezident seçkiləri ilə əlaqədar təşviqat aparmaq üçün müəyyənləşdirilən yerlərin siyahısı açıqlanıb

yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb

Bakı , Nərgiz Quliyeva, İnteraz - 13 Mart 2018, 13:40

Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. 

 

"Report" xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

 

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.