Paul Dobre: "Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir"

2009-cu ildə Azərbaycan ilə strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafının nəticəsi olub

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 13 Mart 2018, 15:01

"Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir".

 

İnterAz xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Viktor Paul Dobre ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycan ilə strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafının nəticəsi olub.

 

O həmçinin bildirib ki, bu ölkənin karbohidrogenlərinin nəqli məsələsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulub.