Rusiyadakı azərbaycanlı gənclər Vladimir Putini dəstəkləyir

Universitetin rektoru Vaqif Bayramov "güclü dövlət, güclü prezident" şüarının gənclərin dəstəyi ilə həyata keçəcəyini bildirib.

Moskva, İqbal Rüstəmov, İnteraz - 13 Mart 2018, 16:46

Rusiya paytaxtında Moskva Dövlət Humanitar İqtisad universitetində 18 mart Rusiya Federasiyasında keçiriləçək prezident seçkilərində namizəd Vladimir Putinə dəstək kompaniyası çərçivəsində dəyirmi masa keçirilib.

 

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, tələbələrin və Azərbaycan gəncliyinin iştirak etdiyi konfrans Rusiya Azərbaycan Gənclər Birliyinin və Moskva Dövlət Humanitar İqtisad universitetinin təşkilatçılığı ilə baş tutub.

 

Universitetin rektoru Vaqif Bayramov "güclü dövlət, güclü prezident" şüarının gənclərin dəstəyi ilə həyata keçəcəyini bildirib.

 

Dəyirmi masada çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, Moskva Dövlət Humanitar İqtisad universitetinin fəxri professoru Polad Bülbüloğlu hər bir ölkənin həyatında prezident seçkilərinin dövlətin inkişafı və güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Seçkilərin ölkə üçün demokratik həyatın bir hissəsi olduğunu deyən səfir, Rusiya Azərbaycan xalqlarının dostluq münasibətini qeyd edərək rusiyalıları seçkilərə səsləyib, Rusiya naminə düzgün seçim edəcəklərinə inandığını vurğulayıb.

 

Tədbirdə iştirak edən Vladimir Putinin prezident seçkilərində etibarlı nümayəndəsi Sergey Kandıboviç universitet rektoru Vaqif Bayramovun Rusiyanın ictimai həyatında oynadığı roluna görə universitet rəhbərliyinə və universtetə təşəkkürünü bildirib. Rusiyanın çoxmillətli olduğunu qeyd edən nümayəndə bunu Rusiyanın sərvəti adlandırıb. Vladimir Putinin gənclərə və sosial həyata verdiyi önəmi qeyd edən S.Kandıboviç 18 martda gəncləri, məhz, Vladimir Putinə səs verməyə çağırıb.

 

Rusiyanın Azərbaycan Gənclər Birliyinin idarə heyyətinin üzvü Emin Hacıyev isə bu cür tədbirlərin gənclərin ölkənin ictimai-siyasi həyatında rolunu artırdığını deyib.

 

Gənclərə səslənən E.Hacıyev seçkilərdə iştirakın ölkənin gələcəyində iştirak etməyin olduğunu nəzərə çatdıraraq, azərbaycanlı və rusiyalı gəncləri Rusiya və Azərbaycan liderlərini dəstəkləməyə dəvət edib.