Təlim vaxtı ərazinin kəşfi aparılıb

Ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Mart 2018, 09:19

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

 

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.