Abu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan prezident İlham Əliyevi təbrik edib

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və dost xalqınızı səmimi qəlbdən təbrik edirəm

  • 7

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Aprel 2018, 15:31

Abu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. 

İnterAz-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və dost xalqınızı səmimi qəlbdən təbrik edirəm.

 

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı inkişaf və rifah arzulayıram.

 

Cənab Prezident, səmimi salamlarımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm."