AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər

Hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar

  • 5

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 14:45

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"a AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib.

 

Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

 

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar.