Mətbuat Şurası İlham Əliyevə məktub göndərib

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

  • 9

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 16:46

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

İnterAz məktubun mətnini təqdim edir:

 

“Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur. Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər” kimi fikirlərin yer aldığı təbrik məktubunda həmçinin bildirilib ki, jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: “11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır. Möhtərəm cənab Prezident, Prezident seçkilərində qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.