Suriyanın hərbi bazasına zərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib

Bu barədə "Al Masdar" portalı məlumat yayıb

Bakı, , İnteraz - 17 Aprel 2018, 08:50

Suriyanın Homs vilayətindəki Şayrat hərbi bazasına raket zərbələrini İsrailin Hərbi Hava Qüvvələri endirib.

Bu barədə "Al Masdar" portalı məlumat yayıb. Portalın məlumatına görə, zərbələr yerli vaxtla saat 01:10-da endirilib.

Qeyd edək ki, daha əvvəl SANA agentliyi də hərbi bazaya raket zərbələrinin endirildiyini, lakin Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin raketləri vurduğunu xəbər verib.

"Report"