Fələstin lideri Prezident İlham Əliyevi təbrik edib

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram

Bakı, Nazilə Xaqani, İnteraz - 17 Aprel 2018, 09:10

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

İnterAz-ın məlumatına görə, təbrik mətnində deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.

 

Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm."