Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif edilib

Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D. Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib

Bakı, , İnteraz - 17 Aprel 2018, 12:38

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub.

 

İnterAz-ın APA-ya istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.

 

Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D. Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib: “Təklifimiz 26 avqust 2018-ci ildə prezident və parlament seçkilərinin keçirilməsi, xalqımızın Türkiyə düşmənlərinə lazımi dərs verməsidir. Növbədənkənar seçkilərin keçirilməsi bir milli zərurətdir”.