İranın müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir

Məlumata görə, iranlı nazir müavini Azərbaycanın müdafiə nazirinin müavini və kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb

Bakı, Cavid Babayev, İnteraz - 15 May 2018, 10:38

İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Azərbaycanda səfərdədir.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, iranlı nazir müavini Azərbaycanın müdafiə nazirinin müavini və kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb. Görüşdə tərəflər müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məhəmməd Mehdi Kərbalayinin bu gün həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşəcəyi, sabah isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmək üçün Naxçıvana gedəcəyi gözlənilir.


Report