Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur

Bakı, Nazilə Xaqani, İnteraz - 15 May 2018, 14:54

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qQrupunun həmsədrləri ilə görüşü başlayıb.

 

İnterAz-n məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.

 

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

 

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.