Hikmət Hacıyev: Artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

"Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır"

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 May 2018, 15:24

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.

 

İnterAz xəbər verir ki, bunu Trend-ə Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi:

 

"Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.

 

Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".