ABŞ və KXDR liderlərinin tarixi görüşü 1,5 saat davam edib

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyun 2018, 09:00

Sinqapurun Sentosa adasında yerləşən "Capella" mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında tarixi görüş başlayıb. İnterAz Report-a istinadən xəbər verir ki, danışıqlar 45 dəqiqə davam edəcək. Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər. Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.