Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Mərasim Türkiyənin Əskişehir şəhərində keçiriləcək

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyun 2018, 13:52

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb. 

 

İnterAz xəbər verir ki, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlət başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar. 

 

Azərbaycan Prezidenti Anadolu Təbii Qaz Kəmərinin (TANAP) açılış mərasimində iştirak edəcək.

 

Mərasim Türkiyənin Əskişehir şəhərində keçiriləcək.

 

Açılışda Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Girogo Marqvelaşvili və bir neçə ölkənin nazirləri də iştirak edəcək.