Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər

Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək

Bakı, Nərgiz Quliyeva, İnteraz - 13 Iyun 2018, 13:24

 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.

 

Rusiya KİV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, V.Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.

"Report"