ATƏT PA-nın illik sessiyasının iştirakçıları həmsədrləri Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini artırmağa çağırıblar

Sessiya iştirakçıları münaqişə tərəflərini təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirləri görmək və dərhal danışıqlara başlamağa çağırıblar

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 11 Iyul 2018, 15:54

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) illik sessiyasının iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından təəssüfləndiklərini bildiriblər və ATƏT-in Minsk qrupunun həmsədrlərini öz səylərini artırmağa çağırıblar.

 

İnterAz "Report"-a istinadən xəbər verir ki, bu barədə ATƏT PA-nın 27-ci illik sessiyasının yekunlarına dair qəbul olunmuş "Berlin bəyannaməsi"ndə deyilir.

 

Həmçinin sessiya iştirakçıları münaqişə tərəflərini təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirləri görmək və dərhal danışıqlara başlamağa çağırıblar.

 

"Mövcud geosiyasi vəziyyət və qlobal gərginliyin səviyyəsi Ukraynadakı münaqişə, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda və Moldovadakı Dnestryanı bölgəsində münaqişələrin həlli ilə bağlı səylərin bərpasının ehtiyac olduğunu göstərir", - sənəddə qeyd olunur.