Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edir

İclası NATO-nun Baş katibi Yens Stoltenberq açıb

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 12 Iyul 2018, 15:32

 Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası başlayıb.

 

İnterAz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

 

Toplantıda NATO-ya üzv olan ölkələrin və Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

 

İclası NATO-nun Baş katibi Yens Stoltenberq açıb.