Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm

Bakı, Kəmalə Bədəlova, İnteraz - 04 Avqust 2018, 12:45

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

 

Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç. “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

 

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm