Səfər Mehdiyev Anlaşma Memorandumu imzaladı - Foto

Sonra Anlaşma Memorandumu imzalanıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Avqust 2018, 16:53

Bu gün Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkşafı Agentliyi arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

 

İnterAz xəbər verir ki, imzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

 

Kiçik və Orta Biznesin İnkşafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu tədbir dövlət xidmətlərinin effektivliyinin artırılması və bu xidmətlərdən kiçik və orta sahibkarlığın faydalanması baxımından dövlət qurumları arasında əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir.

 

Sonra Anlaşma Memorandumu imzalanıb.

 

Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə “KOB Evi - Gömrük və Logistika adaları”nın təsis olunması; KOB-ların “Yaşıl dəhliz” buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və “Yaşıl Dəhliz Xidməti”nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.