Prezident İlham Əliyev Maştağada 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Sonra dövlət başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 11:27

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

 

İnterAz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

 

Sonra dövlət başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb.