Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Bakıya gəlir

O bildirib ki, səfər sentyabrın 18-də baş tutacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 12:25

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

 

O bildirib ki, səfər sentyabrın 18-də baş tutacaq.