Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

İnterAz-ın xəbərinə görə, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edilib.