Hərbi təyyarələr Bakı buxtası üzərində uçuşlar keçirib

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 16:19

Hərbi təyyarələr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib.

 

İnterAz-ın məlumatına görə, uçuşlar, əsasən, paradın keçiriləcəyi "Azadlıq" meydanı və Bakı buxtasının üzərindən olub.

 

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

 

Qeyd edək ki, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.