Hacıbala Abutalıbova yeni vəzifə verilib

Bundan başqa, təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlüyündən azad olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Oktyabr 2018, 09:49

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.

 

İnterAz xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Dəyişikliyə əsasən, baş nazirin keçmiş müavini Abid Şərifov Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədrliyindən çıxarılıb. Həmin vəzifəyə baş nazirin müavini Hacıbala Abutalıbov təyin olunub. 

 

Bundan başqa, təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlüyündən azad olunub. Təhsil naziri Ceyhun Bayramov isə komissiya üzvlərinin siyahısına daxil edilib.