Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb

Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını aşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 16:22

Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.

 

Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını aşıb. Nəticədə 4 əsgər ölüb. Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələ məlum deyil. 

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.