Vasif Talıbovdan yüksək vəzifəyə təyinat

Səbuhi Məmmədov Naxçıvan Baş nazirinin müavini - maliyyə naziri təyin edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Dekabr 2018, 09:32

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsinə təyin edilib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə müvafiq fərmanı noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

 

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu sərəncamdan sonra  Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.