Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməsi təsdiq edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 14:28

Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb. 

 

İnterAz-ın xəbərinə görə, bununla bağlı dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməsi təsdiq edilib. Eyni zamanda şuranın tərkibi təsdiqlənib.