Nazir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in səylərini dəstəkləyir"

Rusiyalı nazir həmçinin ATƏT-ə üzv ölkələri Helsinki Yekun Aktında əks olunan prinsiplər çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dialoqa və əməkdaşlığa çağırıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 16:16

“Biz Trans-Nistru və Dağlıq Qarabağ münaqişələrinin həllinə dair ATƏT-in səylərini dəstəkləyirik”.

 

İnterAz xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Rusiyalı nazir həmçinin ATƏT-ə üzv ölkələri Helsinki Yekun Aktında əks olunan prinsiplər çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dialoqa və əməkdaşlığa çağırıb.