Culfanın icra başçısına yeni müavin təyin olunub

Sərəncamla Vüsal Məmmədzadə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 17:19

Culfa Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

 

İnterAz xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

 

Sərəncamla Vüsal Məmmədzadə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.