Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdır

Bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu deyib

Bakı, Tural Səftərov, İnteraz - 31 Oktyabr 2013, 15:49

Rusiya qonşu dövlətlərə qarşı viza rejimini tətbiq etmək barədə təşəbbüs irəli sürəcəyi halda, Azərbaycan viza rejimini tətbiq etməyə hazırdır.

 

İnterAz-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu deyib.

 

Onun sözlərinə görə, hazırda iki ölkənin vətəndaşları xarici pasportlar vasitəsilə Azərbaycan və Rusiyaya səfər edirlər. Bir möhür az və ya çox olması elə də ciddi problem deyil".

 

Polad bülbüloğlu deyib ki, bu barədə Rusiya tərəfinə rəsmən bəyan edib: "Rusiya belə təşəbbüs irəli sürərsə, Azərbaycan qısa müddət ərzində bu məsələyə baxaraq həll edəcək".