Azərbaycanda seçkiləri 50-dən çox beynəlxalq təşkilatın 1300-dən artıq təmsilçisi izləyəcək

02 Oktyabr 2013, 12:16

"Azərbaycanda prezident seçkilərini 50-dən çox beynəlxalq təşkilatın 1300-dən artıq təmssilçisi izləyəcək."

Elşad İskəndərov: "Dövlətin din siyasəti pozitiv dünyəviçilik əsasında qurulub"

02 Oktyabr 2013, 11:09

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilir.

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar

02 Oktyabr 2013, 09:09

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən isə Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Elşad Abdullayevin ekstradisiyası üçün xüsusi qurumlara müraciət olunub

01 Oktyabr 2013, 10:53

"Elşad Abudllayevin ölkəyə ekstradisiyası üçün xüsusi qurumlara müraciət olunub. Əminəm ki, o, ölkəyə qaytarılacaq." İnterazTv-nin SalamNews-a istinadən verdiyi məlumata görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Ermənilər cəbhə xəttində atəşkəsi pozublar

01 Oktyabr 2013, 09:12

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Elmar Məmmədyarov Türkdilli dövlətlərin əməkdaşlıq şurasının xarici işlər nazirlərinin görüşündə iştirak edib

30 Sentyabr 2013, 15:43

Nazir Elmar Məmmədyarov hal-hazırda Türkdilli dövlətlərin əməkdaşlıq şurasının sədr dövləti kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

Ziyafət Əsgərov: "Prezidentin şərəf və ləyaqətini qoruyan qanun qəbul edilsin"

30 Sentyabr 2013, 12:55

"Müxalifətin namizədləri prezident seçkilərinə 1992-ci ilin psixologiyası ilə gedirlər."

Elnur Aslanov: "Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun 80 faizini təşkil edir"

28 Sentyabr 2013, 14:46

"Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasında qərarlıyıq". İnterazTv-nin məlumatına görə, Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bunu Türkiyənin “Today`s Zaman” qəzetinə müsahibəsində bildirib.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşü keçirilib

28 Sentyabr 2013, 13:49

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində “Qoşulmama hərəkatı: beynəlxalq səviyyədə qanunun aliliyinin təmin edilməsi naminə əməkdaşlıq” adı altında keçirilən Qoşulmama hərəkatının (QH) xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Elmar Məmmədyarov: "Azərbaycan bu qətnamənin qəbul olunmasını müsbət qarşılayır"

28 Sentyabr 2013, 13:31

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə vəziyyət adı altında Suriyaya həsr edilmiş iclasında iştirak edib.

Xarici işlər naziri ABŞ dövlət katibinin müavini ilə görüşüb

28 Sentyabr 2013, 13:18

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman ilə görüşüb.

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək

28 Sentyabr 2013, 12:50

Strasburqda sentyabrın 30-dan oktyabrın 4-dək Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək.

Namizədlərin iddeyasına əsasən sonuncu məhkəmə prossesi dünən yekunlaşıb

28 Sentyabr 2013, 11:32

Azərbaycanda seçki mərhələsi artıq yekunlaşmağa doğru gedir.

Lent

Ən çox oxunan