Qoşulmama Hərəkatının nazirlər konfransının sessiyasına Elmar Məmmədyarov sədrlik edib

29 May 2014, 09:38

Qoşulmama Hərəkatının 28-29 may tarixlərində Əlcəzairdə keçirilən nazirlər konfransına ev sahibliyi və sədrlik edən Əlcəzairin müraciəti əsasında Qoşulmama Hərəkatının fəal üzvü olan Azərbaycan Respublikası adından nazir Elmar Məmmədyarov nazirlər konfransının sessiyasına sədrlik edib.

İşğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini 60 dəfə pozublar

29 May 2014, 09:29

Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən mövqelərimiz atəşə tutulub.

Azərbycan və Türkiyə ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi planları imzalayıb - Foto

29 May 2014, 09:06

Sənədləri Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Türkiyə tərəfdən isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler imzalayıblar.

Müdafiə naziri Gürcüstana rəsmi səfər edəcək

29 May 2014, 08:56

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Milli Məclisin sədri iyunda Rusiyaya səfər edəcək

29 May 2014, 03:44

Səfir Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək əlavə edib ki, iki ölkənin nazirlikləri, müvafiq qurumları və parlamentləri arasında intensiv əlaqələr davam etdirilir.

Moskvada Respublika Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib

29 May 2014, 01:18

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə düzənlənən bayram tədbirini Azərbaycanın Rusiyadakı səfiri Polad bülbüloğlu açdı. O qeyd etdi ki, 96 il öncə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub, Şərqdə ilk demokratik respublika yaradılmışdır. Onun sözlərinə görə, özünün qısamüddətli tarixinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində müstəsna rol oynayıb.

İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidentini təbrik edib

28 May 2014, 15:21

“Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm"

Prezident İlham Əliyevə rusiyalı həmkarından təbrik

28 May 2014, 14:15

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Silahlı Qüvvələrimiz cəbhə bölgəsində genişmiqyaslı təlimlər keçirir - Fotolent

28 May 2014, 13:27

Təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib.

Hələbdə raket zərbələri nəticəsində və qarşıdurmalarda 47 nəfər ölüb

28 May 2014, 12:57

Bu gün isə Dəməşqin Cubər rayonunda hökümət ordusu ilə silahlılar arasında şiddətli döyüşlər başlayıb.

İran vətəndaşlarının Naxçıvana gəlməsi sadələşdiriləcək

28 May 2014, 11:44

İran vətəndaşlarının Naxçıvana gedib-gəlməsi zamanı yaranan problemlərin aradan qaldırılması və prosedurun sadələşdirilməsi məsələsinə də toxunaraq bu problemlərin tezliklə həll olunacağı barədə razılıq əldə ediblər

"Əgər Ermənistan müharibənin II mərhələsinin başlanmasını istəmirsə, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın"

28 May 2014, 11:40

"Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz".

"Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar"

28 May 2014, 10:36

"Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir".

Lent

Ən çox oxunan