• 14:12

Xəbərlər

İnteraz TV –nin efirində gün boyu xəbərlərin 5 buraxılışı canlı olaraq tamaşaçıların görüşünə gəlir, Buraxılışlarımızın efir vaxtı səhər saat 10:00, gündüz 14:00, axşam 18:00, əsas buraxılış saat 22:00 və gecə saat 01:00 radələrində efirə vəsiqə alır.

İncə saat

“İncə saat” qadınlar üçün sosial, məişət və dini məsələlərdən bəhs edən verilişdir. Dekorasiyasının mətbəx olmasına baxmayaraq, verilişdə kulinariyaya o qədər də çox yer ayrılmayıb.

Xeyirli sabahlar

Kanalımızın hər səhəri “Xeyirli Sabahlar”la açılır. Veriliş informasiya üzərində qurulmuş dinamik bir səhər proqramıdır. Xəbər sərhəddi tanımayan “Xeyirli Sabahlar”da insanlar üçün faydalı xəbərlər, maariflədirici informasiyalar olmaqla yanaşı həmdə problemlər qabardılır, çıxış yolları axtarılır, məsləhətlər verilir və lazım gələrsə qanunlardan da bəhs edilir.

Qalib ol

“Qalib ol” verilişində ölkədə müxtəlif idman sahələrində fərqlənən mükafatçılar yer alır. Bu verilişdə idmançının təqdimatı, onun idmçan sahəsində keçirdiyi yarışlardan bəhs edən roliklər nümayiş olunur.

7-ci gün

Həftəlik analitik-informasiya proqramı, həftənin ən mühüm hadisələrinin icmalı, studiyanın qonağı ilə ən aktual mövzular ətrafında açıq söhbət və fikir mübadiləsi, həftənin ən önəmli xəbərlərinin xülasəsi və təhlili İlkin Nadirovun təqdimatında hər bazar saat 21:00-da İnteraz Tv-nin efirində.

Allah kəlamı

İnteraz telekanalı fəaliyyət göstərdiyi illər ərzində yayımladığı səmərəli verilişlər vasitəsilə Azərbaycan və ümumilikdə Possovet məkanında geniş tamaşaçı kütləsini özünə cəlb edə bilib. Bu verilişlər sırasında yer alan və sayılıb-seçilən verilişlərdən biri “Allah Kəlamı”dır. Tanınmış ilahiyyatçı və müfəssir hacı Zülfüqar Mikayılzadənin müəllifi və aparıcısı olduğu veriliş artıq bir neçə ildir, hər həftənin cümə axşamı günləri yayımlanır.

Arena

“Arena” İnterAz televiziyasında hər həftənin çərşənbə günü yayımlanan futbol verilişidir. Proqramda Azərbyacan Premyer Liqası, I divizion və müxtəlif liqalarda keçirilən oyunların təhlili və müzakirəsi, əsas milli komandamızın çıxış etdiyi görüşlərlə bağlı şərhlər yer alır. Tamaşaçılar qonaqlar vasitəsilə 90 dəqiqə maraqlı futbol müzakirısinin şahidi olurlar.

Sual cavab

“Sual-cavab” İnteraz kanalında ən populyar verilişlərdəndir. İki ilə yaxindir ki, hər cümə axşamı efire cixiriq. Verilişdən əsas məqsəd dunya azəbaycanlılarının, ümumilikdə musəlmanların islami mövzuda yaranmış suallarını imkan daxilində cavablandırmaqdır.

İftara doğru

İnterAz telekanalı neçə ildir Azərbaycanda və postsovet məkanında yayımladığı səmərəli verlişlər vasitəsilə geniş tamaşaçı kütləsi qazanıb. Bu sırada yer alan və sayıb-seçilən proqramlardan biri də “İftara doğru” verlişidir. Adından bəlli olduğu kimi, veriliş müqəddəs Ramazan ayında tamaşaçılara təqdim edilib.

Cümə

İnteraz televiziyası həmişə olduğu kimi bu dəfə də tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq fərqli verlişləri ilə tamaşaçıların ictimai-mədəni və dini sualları cavablandırmaq və cəmiyyətimizin zəruri məsələlərini önə çəkmək üçün addımlar atır.