• 18:20

Allah kəlamı

İnteraz telekanalı fəaliyyət göstərdiyi illər ərzində yayımladığı səmərəli verilişlər vasitəsilə Azərbaycan və ümumilikdə Possovet məkanında geniş tamaşaçı kütləsini özünə cəlb edə bilib. Bu verilişlər sırasında yer alan və sayılıb-seçilən verilişlərdən biri “Allah Kəlamı”dır. Tanınmış ilahiyyatçı və müfəssir hacı Zülfüqar Mikayılzadənin müəllifi və aparıcısı olduğu veriliş artıq bir neçə ildir, hər həftənin cümə axşamı günləri Bakı vaxtı ilə saat 22:45-də yayımlanır.

İnsanlarda İslam etiqadının möhkəmləndirilməsi və dini məlumatların artırılmasına xidmət edən verilişdə Qurani-Kərimin azərbaycan dilində ümumi təfsiri verilir. Bu təfsirlərin mövzusu İslam dinində daha çox əhəmiyyət verilən məsələlər əsasında təşkil edilir. 

“Allah kəlamı”nın yeni formatında – oktyabr ayından etibarən efirə gedəcək buraxılışlarında Quran təfsirinin “Fatihə” surəsindən başlayaraq surə ardıcıllığı ilə verilməsi nəzərdə tutulub. 

Verilişin yayımlanmasında məqsəd Qurani-Kərimin mənəvi, tarixi, elmi və sosial əhəmiyyətini çatdırmaq və cəmiyyəti bu sahədə maarifləndirməkdir.

 

MÜZAKİRƏ

comments powered by Disqus

Fotolar