• 23:51

İftara doğru

İnterAz telekanalı neçə ildir Azərbaycanda və postsovet məkanında yayımladığı səmərəli verlişlər vasitəsilə geniş tamaşaçı kütləsi qazanıb. Bu sırada yer alan və sayıb-seçilən proqramlardan biri də “İftara doğru” verlişidir. Adından bəlli olduğu kimi, veriliş müqəddəs Ramazan ayında tamaşaçılara təqdim edilib. "İftara doğru" - verliş üç ildir Azərbaycan dilində yayımlanır. Bu proqramın yayımlanmasından məqsəd ölkə, region və dünya azərbaycanlarını maraqlandıran dini, ictimai, elmi və səhiyyə sahələri ilə bağlı mövzulara müqəddəs Ramazan ayı ərəfəsində aydınlıq gətirməkdir.

Bu verlişin əhəmiyyətindən biri tamaşaçıların əsil milli, mənəvi dəyərlərı tanımaq, onları yaşatmaqdan ibarət olmasıdır. "İftara doğru" verlişi bu il daha peşəkar şəkildə hazırlanaraq tamaşaçıların ixtiyarına verilib. Verliş Ramazan ayı boyunca hər gün şam namazına 15 dəqiqə qamış başlayaraq, 1 saat davam edib. Verlişin şam namazı və iftar zamanına təsadüf etməsi, oruc tutanın o anda mənəvi sevinc hisslərini yaşaması, verlişin mənəvi təsirini daha da artırıb.

Bir ay müddətində yayımlanan bu verilişə Azərbaycanın tanınmış ruhaniləri, ilahiyyatçıları, sosioloqları, həkimləri və media nümayəndələri dəvət olunub. Müxtəlif təbəqə nümayəndələrinin verilişdə Ramazan ayı və orucluq barədə bölüşdüyü fikirlər onu daha da zənginləşdirib. Ramazan ayını digərlərindən ayıran cəhətlər, orucun fiziki və mənəvi faydaları, orucun insanın gündəlik həyat tərzinə təsiri, orucun hökmləri və qaydaları, orucun sosial təsiri kimi mövzuların araşdırılması tamaşaçı kütləsinin cəlb edilməsində mühüm təsirə malik olub.

Verlişin tam şəkildə ərsəyə gəlməsində təcrübəli aparıcılar və operatorlar qrupu mütəmadi şəkildə səy göstərərək, İnterAz telekanalının daha bir uğuruna imza atıblar.

 

Videolar

MÜZAKİRƏ

comments powered by Disqus

Fotolar