• 18:20

İncə saat

“İncə saat” qadınlar üçün sosial, məişət və dini məsələlərdən bəhs edən verilişdir. Dekorasiyasının  mətbəx olmasına baxmayaraq, verilişdə kulinariyaya o qədər də çox yer ayrılmayıb. Burada mətbəx mühiti yalnız gələn qonaqları rahat şəraitdə rəsmiyyətdən kənar söhbət və çaya qonaq etmək üçün nəzərdə tutulub. Məqsədi qadınları müxtəlif sahələrdə maarifləndirmək, onları narahat edən, maraqlandıran sualların cavabını tapmaq olan “İncə saat”, adından da göründüyü kimi, ən incə məqamlara toxunur.

İki xanım aparıcı - Gülər və Kəmalənin bələdçilik etdiyi verilişin tamaşaçı auditoriyasının qadınlar olduğu deyilsə də, onun kişilərin də maraq dairəsində olduğu istisna edilmir.

Həftənin 1,3 və 5-ci günləri Bakı vaxtı ilə saat 11:00-da İnteraz televiziyasında efirə gedən “İncə saat”ı həftənin 2, 4 və 6-cı günləri eyni vaxtda təkrar izləyə bilərsiniz.

MÜZAKİRƏ

comments powered by Disqus

Fotolar