QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Mayın 16-dan 17-ə keçən gecə niyyət gecəsidir

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 15 May 2018, 11:32

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

 

İnterAz-in məlumatına görə, fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.

 

Fətvada həmçinin bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

 

Mayın 16-dan 17-ə keçən gecə niyyət gecəsidir.

 

Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır. 

 

Ən çox oxunan