Mayın 17-si - Ramazan ayının 1-dir

Yeni ayın hilalının məhz bu gündə görünəcəyi müəyyən edilib və deməli, şaban ayı 30 gün deyil, 29 gün olacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 16 May 2018, 10:53

Ali məqamlı mərcəyi-təqlidlərin nəzarətində olan istihlal (yeni ayın hilalını görmə) mərkəzlərinin verdiyi bəyanatlara əsasən birmənalı qənaətə gəlinir ki, mübarək Ramazan ayının 1-i - mayın 17-nə təsadüf edəcəkdir.

 

İnterAz xəbər verir ki, Mərkəzin xəbərinə görə, mayın 16-sı şaban ayının 29-na təsadüf edir.

 

Bildirildiyi kimi, yeni ayın hilalının məhz bu gündə görünəcəyi müəyyən edilib və deməli, şaban ayı 30 gün deyil, 29 gün olacaq.

 

Belə olan təqdirdə, cümə axşamı günü - yəni, may ayının 17-si mübarək Ramazan ayının 1-ci günüdür.

 

Mübarək olsun!

 

/Deyerler.org/

Ən çox oxunan