Azərbaycanda paytaxt Bakıda və ətraf bölgələrdə birinci Qədr gecəsi keçirilib

Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən məscidlərdə inanclıların iştirakı ilə Mübarək Ramazan ayının 19-cu gecəsinin əhya mərasimi təşkil olunub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 04 Iyun 2018, 14:53

Bakıda və ölkənin müxtəlif  bölgələrində yerləşən məscidlərdə inanclıların iştirakı ilə Mübarək Ramazan ayının 19-cu gecəsinin əhya mərasimi təşkil olunub.

 

İnterAz xəbər verir ki, 1-ci Qədr gecəsində, Həzrət Əlinin (ə) yaralanmasının ildönümü gecəsində ölkənin hər bir yerində, o cümlədən Bakı, Gəncə, Lənkəran, Masallı, Göyçay, Sumqayıt, Astara, Biləsuvar, Cəlilabad, Nardaran və Naxçıvanda məscidlərə və hüseyniyyələrə toplaşaraq Allah-taala ilə razu-niyaz ediblər. 

 

Müqəddəs gecəsə natiqlər Quran ayələri və rəvayətlərə istinad edərək Qədr gecələrinin fəzilətlərini qeyd edib və Qədr gecələrini günahların bağışlanmasını istəmək üçün ən yaxşı fürsət adlandırıblar. 

 

Möminlər dua və münacat oxuyaraq, Quran-Kərimi başa tutaraq və Quran və məsumları şəfaətçi qərar verərək Allah-taalanın dərgahından günahların bağışlanması, sağlamlıq, İmam Zamanın (ə) zühurunun tezləşdirilməsi, islam dünyasının problemlərinin aradan qaldırılması və dünya müsəlmanlarının başıucalığını diləyiblər, Qarabağın, eləcə də işğalda olan islam torpaqlarının tezliklə azad olunmasını istəyiblər. 

 

Əksər məscidlərdə gecənin sonunda möminlər üçün imsak süfrəsi təşkil olunub.

 

Ən çox oxunan