Azərbaycanda ikinci Qədr gecəsi mərasimi keçirilib

Müqəddəs Ramazan ayının İlahi rəhmətlə dolu günlərini yaşayırıq

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 06 Iyun 2018, 13:42

Müqəddəs Ramazan ayının İlahi rəhmətlə dolu günlərini yaşayırıq. Artıq ikinci əhya gecəsini də yola saldıq.

 

İnterAz xəbər verir ki, Bakıda və ölkənin müxtəlif  bölgələrində yerləşən məscidlərdə inanclıların iştirakı ilə əhya mərasimi təşkil olunub.

 

Həzrət Əlinin (ə) şəhadətə çatdığı bu gecədə inanclılar məscidlərə toplaşıb, Allahdan günahlarının bağışlanılması, dualarının qəbul olunmasını istəyib.

 

Müqəddəs gecədə natiqlər Quran ayələri və rəvayətlərə istinad edərək Qədr gecələrinin fəzilətlərini qeyd edib və Qədr gecələrini günahların bağışlanmasını istəmək üçün ən yaxşı fürsət olduğunu bildiriblər. 

 

Möminlər dua və münacat oxuyaraq, Quran-Kərimi başa tutaraq və Quran və məsumları şəfaətçi qərar verərək Allah-taalanın dərgahından günahların bağışlanması, sağlamlıq, İmam Zamanın (ə) zühurunun tezləşdirilməsi, islam dünyasının problemlərinin aradan qaldırılması və dünya müsəlmanlarının başıucalığını diləyiblər, Qarabağın, eləcə də işğalda olan islam torpaqlarının tezliklə azad olunmasını istəyiblər. 

 

Əksər məscidlərdə gecənin sonunda möminlər üçün imsak süfrəsi təşkil olunub.

 

Allah hər birinizin dua və ibadətlərini qəbul etsin!

 

Ən çox oxunan