Sabah Ramazan ayının sonuncu cümə günü – Beynəlxalq Qüds Günüdür

Mübarək Ramazan ayının sonuncu cümə günü bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 07 Iyun 2018, 15:39

Mübarək Ramazan ayının sonuncu cümə günü bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir.

 

İnterAz xəbər verir ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq üçün Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

 

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.

 

Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Bu səbəbdəndir ki, müsəlman xalqlarının səadətini istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.

 

Belə əlamətdar günlərdə keçirilən aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.

 

Ən çox oxunan