Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 08 Iyun 2018, 03:36

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir.

 

İnterAz xəbər verir ki, Beynəlxalq Qüds Gününün keçirilməsi təşəbbüsünün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb.

 

Hazırda Ramazan ayının sonuncu cüməsini yaşayırıq. İran islam inqilabının rəhbəri ayətullah Xomeyni 1948-ci ildə Fələstin xalqının məruz qaldığı zülmə son qoymaq üçün Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

 

Bu günün hər il qeyd edilməsi islam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə formalaşdırıb.

 

Beynəlxalq Qüds Gününün islam xalqlarına təsiri bununla bitmir.

 

Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Məhz bu, islam ümmətinin gələcək həyatını təmin edən addımdır. Bu səbəbdəndir ki, islam xalqlarının səadətini istəməyən imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.

 

Belə əlamətdar günlərdə keçirilən aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.

Ən çox oxunan