Azərbaycanda üçüncü Qədr gecəsi mərasimi keçirilib

Ramazan ayının 22-dən 23-nə keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsidir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 08 Iyun 2018, 13:37

Ramazan ayının 22-dən 23-nə keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsidir.

 

İnterAz xəbər verir ki, Bakıda və ölkənin müxtəlif  bölgələrində yerləşən məscidlərdə inanclıların iştirakı ilə müqəddəs Ramazan ayının 3-cü Qədr gecəsi mərasimi təşkil olunub.

 

Bu gecədə inanclılar məscidlərə toplaşıb, Allahdan günahlarının bağışlanılması, dualarının qəbul olunmasını diləyib.

 

Mərasimdə natiqlər gecənin əhəmiyyətindən danışaraq Qədr gecələrinin  fəzilətlərini qeyd edib və bu gecələrin Allahdan bağışlanma istəmək üçün ən yaxşı fürsət olduğunu bildiriblər. 

 

Qeyd olunub ki, bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. 

 

Daha sonra möminlərlə birgə dua və münacatlar oxunub.

 

Əksər məscidlərdə gecənin sonunda möminlər üçün imsak süfrəsi təşkil olunub.

 

Qədr gecəsinin dəqiq hansı gecə olduğu bəlli deyil. Amma İslam Peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır.

 

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Allah bu rəhmət və bərəkətlə dolu olan bu ayda, məxsusən də Qədr gecələrində etdityiniz dua və ibadətlərini qəbul etsin!

 

Ən çox oxunan