İnterAz TV-nin "İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi!" aksiyası davam edir

İnterAz televiziya kanalı ötən il Ramazan ayı ilə əlaqədar start verdiyi aksiyanı bu il də davam etdirir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 09 Iyun 2018, 12:43

İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi ötən il Ramazan ayı münasibətilə start verdiyi aksiyanı bu il də davam etdirir. Aksiyanın əsas şüarı "İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi" adlanır.

 

Aksiyanın keçirilməsində məqsəd israfçılığın hər mənada zərərli və bəyənilməz xüsusiyyət olmasını, xüsusilə Ramazan ayında imsak və iftar süfrələrində israfçılığın yolverilməz olduğunu, bu əməlin müqəddəs Ramazan ayının əsl hədəfilə ziddiyyət təşkil etdiyini insanlara çatdırmaq, əvəzində isə qənaətcillik xüsusiyyətinin təbliği, Allah-taalanın sadə və dəbdəbədən uzaq iftar süfrələrini bəyənməsini təbliğ etməkdir.

 

Aksiya çərçivəsində qeyd olunan məsələlərin SalamNews İnformasiya Agentliyi, İnterAz televiziya kanalı və rəsmi saytı vasitəsilə təbliğinə geniş yer veriləcək. Eyni zamanda tanınmış ilahiyyatçıların, ictimai xadimlərin mövzu ilə bağlı fikirləri öyrənilərək yayımlanacaq.

 

Ən çox oxunan