Bayram namazının vaxtı açıqlanıb

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb.

Bakı, Nərgiz Quliyeva, İnteraz - 11 Iyun 2018, 15:20

 Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

 

 Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i saat 09.00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq.

 

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır. 

Ən çox oxunan