Fitrə zəkatı maddi vəziyyəti çətin olan şəxslərə verilməlidir

Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 14 Iyun 2018, 17:01

Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır.

 

İnterAz xəbər verir ki, islam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. 

 

Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir.

 

Fitrə zəkatının miqdarı isə həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərinin birindən adambaşına 3 kq olmaqla hesablanır.

 

Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. 

 

Qeyd edək ki, maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

 

Ən çox oxunan