Ehtiyatsızlıqdan baykerin ölümünə səbəb olmuş azərbaycanlı 5 il aldı

Moskva vilayət məhkəməsinin hökmü ilə 47 yaşlı bayker Leonid Frolovun ölümündə təqsirli bilinən Bəxtiyar Əliyev 5 il azadlıqdan məhrum edilib

Moskva, Roman Ağayev, İnteraz - 04 Fevral 2014, 23:53

İnterAz-ın Rusiya bürosunun verdiyi xəbərə görə, 39 yaşlı həmyerlimiz Bəxtiyar Əliyevin ehtiyatsız hərəkətləri Moskva vilayəti Sergiyev-Posad şəhərindən olan bayker Leonid Frolovun ölümünə səbəb olub. Müttəhim Əliyev məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Həmçinin, Əliyev mərhumun ailəsinə mənəvi zərərin təzminatı qismində 925 min rubl (30 min dollar) ödəməlidir. 

Məhkəmə B.Əliyevə qarşı ittihamı yenidən Rusiyanın CM-nin 111-ci maddəsinin 4-cü hissəsinə dəyişdirib (sağlamlığa ağır xəsarətin yetirilməsi nəticəsində ehtiyatsızlıqdan ölümə gətirib çıxarılması). Məhkəmə zalında yalnız Əliyevin vəkili olub, çünki müttəhimin özü, məhkəmədən verilən məlumatlara görə, “haradasa Azərbaycanda gizlənir”. 

Sergiyev-Posad şəhərinin məhkəməsi ötən ilin iyulunda bu səs-küylü işə baxarkən Bəxtiyar Əliyevə 1 il koloniya qəsəbəsində məskunlaşmaya məcbur edib. Müttəhim 19 sentyabr 2012-ci il tarixindən etibarən həbsdə olub və məhz bu tarixdən onun 1 illik cəzası hesablanmağa başlayıb. Ötən il sentyabrın 19-u o azadlığa çıxıb və dərhal Azərbaycana gedib. 

İstintaqın versiyasına görə, 30 iyul 2012-ci il tarixində Əliyev şəhərdəki ticarət mərkəzlərinin birinin qabağında baş vermiş insident zamanı motosikl sürücüsü Leonid Frolovun üzündən yumruğu ilə vurub. Mətbuatın yazdığına görə, münaqişə bir neçə qazfqazlının icazəsiz Frolovun motosiklinin üstünə çıxması səbəbindən baş verib. Frolov “Merkuriy” bazarına ailəsi ilə gəlmişmiş. Bayker narazılığını bildirdikdən sonra dava düşüb, Əliyev Frolovun çənəsinə zərbə vurub. 

Ağır zərbədən Froov asfalta yıxılıb, başı güclü yerə dəyib və ağır kəllə-beyin travması alıb. Huşsuz halda o xəstəxananın reanimasiyasında da bir müddət sonra vəfat edib. Bayjerlər ölmüş həmkarının müdafiəsinə qalxıb polisə narazılıqlarını bildirdikdən 2 ay sonra Bəxtiyar Əliyev həbs edilib. 

Əvvəl məhkəmə Əliyevin hərəkətlərində heç bir qəsd tapmadığından onu yalnız ehtiyatsızlıqdan ölümə səbəb olması maddəsi ilə iş kəsib. Bu baykerlərin ciddi etirazlarına səbəb olub, məhkəmənin qərarından minlərlə şikayət polisə verilib. Nəticədə Moskva vilayət məhkəməsi əvvəlki qərarı ləğv edərək işin baxılmasına başlayıb və Bəxtiyar Əliyev barəsində yuxarıda qeyd olunan hökmü çıxarıb – 5 il azadlıqdan məhrumetmə və 30 min dollar təzminat.